"Ötən il sosial sığorta daxilolmaları proqnozu 110% icra edilib"

"Ötən il sosial sığorta daxilolmaları proqnozu 110% icra edilib"
  19 Yanvar 2022    Oxunub:286
2021-ci ildə Azərbaycanda məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar 2020-ci illə müqayisədə 8% artaraq 3,8 milyard manatı keçib, proqnoz 109,9% icra olunub.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, ötən il qeyri-büdcə təşkilatlarından sosial sığorta daxilolmaları 15,3% artaraq 2,4 milyard manatı keçib, proqnoz 113,2% yerinə yetirilib.

AzVision.az

Teqlər:







Xəbər lenti