Teymur Musayev səhiyyə naziri təyin edildi - SƏRƏNCAM

   Teymur Musayev səhiyyə naziri təyin edildi -    SƏRƏNCAM
  19 Yanvar 2022    Oxunub:1018
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 2602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 372) ləğv edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

AzVision.az



Teqlər: Sərəncam  





Xəbər lenti