Metronun "20 Yanvar" stansiyasında şəhidlərin xatirəsi yad ediləcək

Metronun "20 Yanvar" stansiyasında şəhidlərin xatirəsi yad ediləcək
  19 Yanvar 2022    Oxunub:491
Bakı metropoliteni 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planını açıqlayıb.
Qurumdan AzVision.az -a verilən məlumata görə, sabah saat 12:00-da metropolitendə şəhidlərin xatirəsinə sükut dəqiqəsi "20 Yanvar" stansiyasında olacaq.

"Qatarlardan fit veriləcək. O gecə iş başında olmuş və hazırda metropolitendə çalışan 3 maşinist də stansiyada olacaq" - məlumatda deyilir.

AzVision.az



Teqlər: 20Yanvar  





Xəbər lenti