"İstefa verəcəyimi zarafat eləmişdim" - Erməni nazir

   "İstefa verəcəyimi zarafat eləmişdim" -    Erməni nazir
  19 Yanvar 2022    Oxunub:612
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan mediada onun istefaya gedəcəyi ilə bağlı xəbərlərə reaksiya verib. AzVision.az xəbər verir ki, o yayılan söz-söhbətləri lağa qoyub.
- Nazir 2021-ci ildə Ermənistanda ikirəqəmli iqtisadi artım müşahidə olunmasa, istefaya gedəcəyini vəd etmişdi. Amma belə artım baş vermədi. Bununla belə, o, hazırda sakitcə işinə davam edir. Bu barədə hətta çərşənbə günü Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Areqnaz Manukyan da açıqlama verdi.

Manukyan parlament tribunasından Kerobyanın çıxışlarından birinin səs yazısını təqdim etdi,-məqalədə yazılıb.

Kerobyan isə bu məsələyə özünəməxsus şəkildə reaksiya verib

- Əgər əziyyət çəkib səs yazısını sona qədər dinləsəydiniz bunu zarafat kontekstində dediyimi başa düşərdiniz. Yeri gəlmişkən, Ermənistanla bağlı proqnozlarında özünü doğrultmayan beynəlxalq maliyyə təşkilatlarına qarşı da eyni dərəcədə tələbkarsınızmı?- Kerobyan deyib.

Manukyan isə cavab olaraq bildirib ki, "Yəni siz deyirsiniz ki, bütün sözləriniz ciddi qəbul edilmir? Mən sizə bütün ciddiliyimlə deyirəm ki, siz sadəcə yalan danışırsınız".

Tural Tağıyev
AzVision.az



Teqlər: Nazir   Ermənistan  





Xəbər lenti