KTMT-nin sonuncu sülhməramlıları Qazaxıstanı tərk edib

   KTMT-nin sonuncu sülhməramlıları Qazaxıstanı tərk edib
  19 Yanvar 2022    Oxunub:461
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının olduğu sonuncu 4 təyyarə Qazaxıstanı tərk edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“KTMT-nin sonuncu Rusiya sülhməramlılarının olduğu dörd təyyarəsi Qazaxıstanın Nur-Sultan və Almatı limanlarından havaya qalxıblar. Təyyarələrin göyərtəsində general-polkovnik Anatoli Serdyukovun rəhbərliyi ilə sülhməramlıların son bölmələri var", - məlumatda vurğulanıb.

Qeyd edək ki, KTMT-nin 3 minə yaxın sülhməramlısı Qazaxıstanda sabitliyin yaradılmasında iştirak edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti