İran Cənubi Azərbaycandakı erməni kilsəsini abadlaşdırıb

   İran Cənubi Azərbaycandakı erməni kilsəsini abadlaşdırıb
  19 Yanvar 2022    Oxunub:474
İranın cənub-qərbində yerləşən Buşehr şəhərində erməni kilsəsi abadlaşdırılıb. AzVision.az xəbər verir ki, bu barədə "Tehran Times" məlumat yayıb.
Qeyd edilir ki, erməni məbədinin ərazisinin abadlaşdırılması, təmizlənməsi proqramı başa çatıb və yerli hakimiyyət orqanları yaxın vaxtlarda tarixi abidəni ziyarətçilərin ixtiyarına verməyi planlaşdırırlar.

- Monastırın köhnə quruluşu, həyəti və digər binaları yenidən quruldu. Bundan əlavə, məbədin ərazisindəki qəbir daşlarının sənədləşdirilməsi işləri də aparılır,-müəllif yazıb.

Məqalədə qeyd olunur ki, Buşehr erməni kilsəsi şəhərin mühüm və əlamətdar tarixi abidələrindən biri sayılır.

- İranda çoxlu kilsələr, ibadətgahlar var. Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərindəki Müqəddəs Faddeya, Müqəddəs Stefan və Dzorzor (Zorzor) kilsələri 2008-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib, - nəşr məbədlərin adını sadlayaraq onları erməni memarlığının nümunələri kimi təqdim edib.

Qeyd edək ki, Müqəddəs Faddeya kilsəsi əslində Qara Kilsə kimi tanınır. O, Qərbi Azərbaycanın Çaldıran rayonunun Maku şəhərində yerləşir və İranın ən maraqlı və diqqət çəkən xristian abidəsidir. Hər il iyulun 1-də dünyanın bütün bölgələrindən xristianlar Müqəddəs Faddey kimi tanınan müqəddəslərdən birnin şəhadətini yad etmək üçün məbəddə toplaşırlar. Onun İncili yayarkən şəhid olduğu deyilir.

Müqəddəs Stefan kilsəsi isə Şərqi Azərbaycanın Mərənd şəhəri yaxınlığında yerləşir. O, Səfəvi şahı Şah Abbasın (1588-1629) dövründə təmir edilib.

Həmçinin Zorzor kilsəsi Qərbi Azərbaycan əyalətinin şimalında Çaldıran rayonunun Zəngər vadisindəki Barone kəndində yerləşir. Onun 1315-ci ildə tikildiyi deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kilsə   İran  





Xəbər lenti