Lavrov və Blinken Cenevrədə görüşəcək

Lavrov və Blinken Cenevrədə görüşəcək
  19 Yanvar 2022    Oxunub:481
Yanvarın 21-də Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrovun amerikalı həmkarı Entoni Blinkenlə planlaşdırılan görüşü üzərində iş aparılır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat xatırladıb ki, ABŞ-ın təşəbbüsü ilə bu yaxınlarda Lavrovla Blinken arasında təhlükəsizlik təminatları ilə bağlı telefon danışığı olub.

"Biz görüş barədə razılığa gəldik. Hazırda görüş üzərində iş gedir, tarix yanvarın 21-də Cenevrədə nəzərdə tutulub. ABŞ Dövlət Departamenti artıq bunu elan edib. Görüş həmin gün baş tuta bilər", - Zaxarova söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti