Təqaüdə göndərilən polis generalı yeni vəzifədə

   Təqaüdə göndərilən polis generalı yeni vəzifədə
  19 Yanvar 2022    Oxunub:473
Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev nazirlikdə yeni vəzifəyə təyin edilib.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, ötən həftə təqaüdə göndərilən S.Əliyev DİN-in Katibliyində mülki şəxs kimi işə qəbul olunub və mütəxəssis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Bu vəzifəyə isə DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin sabiq rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.

AzVision.az



Teqlər: DİN   General  





Xəbər lenti