Türkiyənin Nazirlər Kabineti xüsusi nümayəndələrin görüşünü müzakirə edəcək

   Türkiyənin Nazirlər Kabineti xüsusi nümayəndələrin görüşünü müzakirə edəcək
  19 Yanvar 2022    Oxunub:1307
Bu gün keçiriləcək Türkiyə Nazirlər Kabinetinin iclasında İrəvanla Ankara arasında münasibətlərin normallaşması prosesi, o cümlədən xüsusi nümayəndələrin Moskvada baş tutmuş ilk görüşünün nəticələri müzakirə olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Huriyyet” məlumat yayıb.

Qeyd olunur ki, Nazirlər Kabinetinin iclasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

"Hökumətin iclasında terrorla mübarizə müzakirə olunacaq. Diplomatiya sahəsində də nailiyyətlər qiymətləndiriləcək. Ötən həftə Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşdırılması üçün Moskvada ilk görüşlərini keçirdilər. Bu görüşün nəticələri və sonrakı proses iclasda diqqətdə olacaq”, - nəşr yazıb.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub. Görüşdə Türkiyəni ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan təmsil edib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti