Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət edib

   Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət edib
  19 Yanvar 2022    Oxunub:799
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Ukraynana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə liderinin sözçüsü İbrahim Kalın deyib.

Məlumata görə, səfər zamanı Ərdoğan həmkarı Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Onun sözlərinə görə, Ərdoğan Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün Putin və Zelenskini Türkiyəyə dəvət edib: "Türkiyə Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Vladimir Zelenski arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Prezident Ərdoğan hər iki lideri Türkiyəyə gələrək, aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət edib. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün hər cür rol oynamağa hazırdır".

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Ərdoğan   Ukrayna  





Xəbər lenti