Merkelə BMT-də iş təklif edilib

Merkelə BMT-də iş təklif edilib
  19 Yanvar 2022    Oxunub:487
BMT-nin baş katibi Antonio Quterreş Almaniyanın keçmiş kansleri Angela Merkelə bu təşkilatda işləməyi təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Quterreş təkliflə bağlı Merkelə məktub göndərib, lakin hələlik hər hansı cavab verilməyib. Təşkilatda hesab edirlər ki, keçmiş kansler çətin ki, iş təklifini qəbul etsin.

Xatırladaq ki, Merkelə BMT-nin nəzdində fəaliyyət göstərən qlobal ictimai sərvətlər üzrə yüksək səviyyəli məsləhət orqanına sədrlik etmək təklif olunub. Qlobal ictimai sərvətlər dedikdə, BMT-də qlobal sağlamlıq, elm, sülh, təbiətin mühafizəsi, dünya iqtisadiyyatı nəzərdə tutulur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Merkel   BMT  





Xəbər lenti