Ağ Ev: "Rusiya hər an Ukraynaya hücum edə bilər"

      Ağ Ev:    "Rusiya hər an Ukraynaya hücum edə bilər"
  18 Yanvar 2022    Oxunub:795
"ABŞ belə hesab edir ki, Rusiya hər an Ukraynaya hücum edə bilər".
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
O, brifinq zamanı vəziyyətin gərgin olmasına işarə vurub.

Lavrovdan Blinkenə çağırış: "Rusiya təcavüzü fərziyələrini tirajlamayın"
- Biz elə bir mərhələdəyik ki, Rusiya istənilən an Ukraynaya hücum edə bilər,- ABŞ rəsmisi deyib.

Qeyd edək ki, Rusiya rəsmiləri dəfələrlə Qərbin və Ukraynanın Moskvanın aqressiv davranışları ilə bağlı ittihamlarını rədd edib. Rəsmilər heç kəsi təhdid etmədiklərini və heç kimə hücum etmək fikrində olmadıqlarınıı bəyan ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ağ-Ev   Ukrayna  





Xəbər lenti