Goranboy sakini minaya düşüb

   Goranboy sakini minaya düşüb
  18 Yanvar 2022    Oxunub:1335
Goranboyda bir nəfər minaya düşüb.
AzVision.az xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.

Kəndin 26 yaşlı sakini Məmmədov Vüqar Maqsud minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub. V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hadisə o, qoyun otaran zaman baş verib.

AzVision.az



Teqlər: Mina  





Xəbər lenti