ABŞ Ukraynaya yeni hərbi yardımlar göndərəcək

ABŞ Ukraynaya yeni hərbi yardımlar göndərəcək
  18 Yanvar 2022    Oxunub:465
ABŞ Ukraynaya hərbi yardımını davam etdirəcək. AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək rütbəli rəsmisi jurnalistlərə verdiyi açıqlamada məlumat verib.
O bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya onun müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi yardım göndərməkdə davam edir və növbəti həftələrdə bu ölkəyə daha çox yardımların çatdırılması gözlənilir.

- Bildiyiniz kimi, keçən il biz Ukraynaya 2014-cü ildən bəri hər zaman olduğundan daha çox təhlükəsizlik sistemi təhvil verdik. Və sizi əmin edə bilərəm ki, bu tədarüklər davam edir. Yaxın həftələrdə daha çox şey planlaşdırılır. Rusiya Ukraynanı işğal edərsə, biz ukraynalıları əlavə müdafiə materialları ilə təmin edəcəyik, - ABŞ rəsmisi deyib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti