"Nüvə müharibəsi başlasa, ilk zərbəni ABŞ vuracaq" - Sivkov

 "Nüvə müharibəsi başlasa, ilk zərbəni ABŞ vuracaq" -  Sivkov
  19 Yanvar 2022    Oxunub:2139
Son vaxtlar Rusiya ilə Qərb ölkələri arasında gərginlik pik həddə çatıb. Xüsusən də Vaşinqtonla Moksvanın bir-birinə sərt ittihamlar yağdırması yeni soyuq müharibənin potensial müharibəyə çevriləcəyindən xəbər verir.
Artıq xarici KİV-də Kremlin ABŞ sərhədlərinə yaxın raket kompleksləri yerləşdirəcəyi xəbərləri də dolaşmaqdadır. AzVision.azxəbər verir ki, rusiyalı hərbi ekspert Konstantin Sivkov rus silahlarının Latın Amerikasında yerləşdirilməsi ehtimalı ilə bağlı yayılan xəbərləri şərh edərək bir sıra maraqlı fikirlər səsləndirib.

"Lavrovun "səbrimiz bitib" sözləri çox ciddi siqnaldır"- Kedmi
Onun fikrincə, bu, Rusiyaya heç bir hərbi üstünlük verməyəcək. Sadəcə olaraq, belə bir addım son zamanlar Rusiya Federasiyasının sərhədləri yaxınlığında artan Amerika təhlükəsinə simmetrik cavab olacaq. Sivkov qeyd edib ki, nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarına uyğun olaraq, Rusiya hələ də bu silahdan ilk istifadə üçün şərtlərin sayını açıq şəkildə məhdudlaşdırır.



- Nüvə münaqişəsi baş verərsə, çox güman ki, ilk zərbəni amerikalılar vuracaqlar,-ekspert deyib.
Sivkov əmindir ki, bu halda artıq qabaqlayıcı zərbə vurmağın mənası olmayacaq. Ona görə də Rusiya silahlarının ehtimal olunan Latın Amerikası ölkələrində yerləşdirilməsi daha çox hərbi-strateji yox, siyasi məna daşıyacaq.

- Nəzərə almaq lazımdır ki, hər hansı baza sistemi, xüsusən də Rusiya ərazisindən kənarda xeyli məsafədə yerləşən bazalar rabitə ilə təmin edilməlidir. Rusiya Federasiyası ilə Latın Amerikası arasında belə kommunikasiyaların sabitlik səviyyəsi çox aşağıdır. Bu, ilk növbədə, Atlantik okeanının ABŞ-ın nəzarətində olması ilə bağlıdır.

Sivkovun sözlərinə görə, hərbi əməliyyatlar başlasa bu halda Rusiyanın Latın Amerikasındakı bazaları tamamilə təcrid olunacaq və sursatlar tükəndikdən sonra məhv ediləcək.

Tural Tağıyev
AzVision.az




Teqlər:   ABŞ   Rusiya   Silah   Baza   Müharibə  





Xəbər lenti