Beş ölkənin vətəndaşları Azərbaycanda qaçqın statusu ilə yaşayır

   Beş ölkənin vətəndaşları Azərbaycanda qaçqın statusu ilə yaşayır
  18 Yanvar 2022    Oxunub:809
Ötən il Azərbaycanda qanunsuz miqrasiyaya qarşı qəbul edilən qərar sayı 9 074 olub. Bu göstərici də 2020-ci illə müqayisədə (7317) 24 faiz artım deməkdir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 150 nəfər qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirilib. Bu sayda 2020-ci illə müqayisədə (332) 2,2 dəfə azalma olub:

"Qaçqın statusunda yaşayanların sayında isə son iki ilə görə dəyişmə yoxdur. Belə ki, bu rəqəm 2020 və 2021-ci illər üzrə 78 nəfər təşkil edib. Ölkədə qaçqın statusu ilə yaşayanların 43 nəfəri İran, 26-sı Əfqanıstan, 4-ü Liviya, 3-ü Pakistan, 2-si isə Cənubi Afrika Respublikasının vətəndaşıdır”.

V.Hüseynov bildirib ki, keçən il üçün 35 nəfər qaçqın və sığınacaq axtaran şəxslər olub: “2020-ci ildə bu say 305 olub. Bu da o deməkdir ki, ötən il bu rəqəmdə 8,7 dəfə azalma olub”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qaçqın   Azərbaycan  





Xəbər lenti