Dünyada virusa yoluxanların sayı 330 milyonu ötüb

   Dünyada virusa yoluxanların sayı 330 milyonu ötüb
  18 Yanvar 2022    Oxunub:956
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 330 milyon nəfəri keçib.
AzVision.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 1 milyon 989 min 767 nəfər yeni koronavirusa yoluxub, 5004 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 331 milyon 282 min 558, ölənlər isə 5 milyon 563 min 252 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (389 min 553 nəfər) ABŞ-da və bu xəstəlikdən ölüm faktı (670 nəfər) isə Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (67,6 milyon), Hindistan (37,6 milyon), Braziliya (23 milyon), Böyük Britaniya (15,3 milyon), Fransa (14,2 milyon), Rusiya (10,8 milyon) və Türkiyədə (10,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

AzVision.az



Teqlər: COVID-19  





Xəbər lenti