Yanvarın 24-dən Şuşa və Ağdama marşrutlar açılır

   Yanvarın 24-dən Şuşa və Ağdama marşrutlar açılır
  17 Yanvar 2022    Oxunub:2336
Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. AzVision.az -ın əldə etdiyi məlumata görə, ilkin mərhələdə Şuşa və Ağdama reyslərə şərait yaradılacaq.

Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.
Bakı - Şuşa – Bakı marşutunun başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtoğazalı, təyinat nöqtəsi Şuşa köhnə avtoğzalı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli marşutunun başlanğıc məntəqəsəi Füzuli rayonun Əhmədbəyli kəndi, təyinat nöqtəsi Şuşa köhnə avtoğzalı, Bakı - Ağdam – Bakı başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtoğazalı, təyinat məntəqəsi Ağdam şəhəri, Bərdə - Ağdam - Bərdə marşutunun başlanğıc məntəqəsi Bərdə avtovağzalı, təyinat nöqtəsi Ağdam şəhəri olacaq.

Qeyd edilir ki, sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Aytən Zəhra
AzVision.az



Teqlər: Ağdam   Şuşa  





Xəbər lenti