Bakı 20 Yanvarın ildönümünə hazırlaşır - FOTOREPORTAJ

   Bakı 20 Yanvarın ildönümünə hazırlaşır -    FOTOREPORTAJ
  17 Yanvar 2022    Oxunub:2669
Azərbaycanın azadlıq mübarizəsinin qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 32 ili tamam olur.
AzVision.az xəbər verir ki, anım mərasimi ilə əlaqədar Bakıda hazırlıq işlərinə başlanılıb. Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.



Şəhidlər Xiyabanında qərənfillərdən ibarət kompozisiya hazırlanır. Hazırlıq işlərində minlərlə güldən istifadə edilir. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.



Qeyd edək ki, Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atıb. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb.



Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.















FOTO: Anar Bayramlı
AzVision.az

Qalereya




Teqlər: 20-Yanvar   Şəhidlər-Xiyabanı  





Xəbər lenti