“Lakin o, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq övladlarına yaxşı baxmayıb. Həmin ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi də tikilib. Dəfələrlə rayon icra hakimiyyəti və müvafiq qurumların əməkdaşları tərəfindən uşaqlara lazımi yardımlar göstərilsə də, onların himayəyə götürülməsinə anaları mane olub, hər dəfə aqressiya nümayiş etdirib. Bu dəfə polis əməkdaşlarının köməkliyi ilə uşaqları evdən çıxarıb öz nəzarətimizə götürmüşük. Onlar yaxşı şəraiti olan yerdə yerləşdirilib, isti geyim və ərzaqla təmin olunub, həkim müayinəsində keçiriliblər. Uşaqların daimi olaraq dövlət müəssisəsində qalması üçün bütün zəruri hüquqi addımlar atılacaq”.
O da qeyd edilib ki, Gülnarə Cavadova COVID-19 xəstəsi deyil, o, tez-tez evi tərk edərək uşaqları baxımsız qoyur.
AzVision.az
Teqlər: