Nazarbayevin kürəkənləri vəzifələrini tərk ediblər

 Nazarbayevin kürəkənləri vəzifələrini tərk ediblər
  15 Yanvar 2022    Oxunub:933
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın həyat yoldaşı Dimaş Dosanov ölkənin “KazTransOil” dövlət şirkətinin baş direktoru, İdarə Heyətinin sədri vəzifəsini tərk edib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Qeyd olunub ki, “KazTransOil” SC-nin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, Dosanovun ərizəsinə baxılaraq vaxtından əvvəl onun səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, Kayrat Şaripbayevin səhmdarı olduğu “QazaqGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Qazaxıstan KİV-i Şaripbayevin keçmiş prezidentin böyük qızının, parlamentin deputatı Dariqa Nazarbayevanın ikinci əri olduğunu yazıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Nazarbayev  





Xəbər lenti