ATƏT sədri gələn ay Moskvaya səfər edəcək

ATƏT sədri gələn ay Moskvaya səfər edəcək
  15 Yanvar 2022    Oxunub:799
ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau fevral ayının ortalarında Moskvaya səfər etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina deyib.

Onun sözlərinə görə, Rau ilk olaraq Ukrayna və ABŞ-a səfər edəcək.

"Gələn ayın ortalarında, çox güman ki, fevralın 15-də ATƏT sədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Moskvaya səfər ATƏT sədri üçün normal prosedurdur, ona görə ki, Rusiya bu təşkilatın ən mühüm üzvlərindən biridir", - Yasina qeyd edib.

Raunun Ukraynaya səfəri yanvarın sonu - fevralın əvvəlinə planlaşdırılır. Polşalı nazir Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək, həmçinin ATƏT-in regiondakı missiyasının işi ilə əlaqədar sərhədyanı rayonlara baş çəkəcək.

Bu səfərdən dərhal sonra Rau Vaşinqtona səfər edəcək və orada ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşəcək. O vurğulayıb ki, nazirin Vaşinqtonda başqa görüşləri də mümkündür, lakin mətbuat katibinin sözlərinə görə, bu səfərin təfərrüatları hələ müəyyən edilməyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ATƏT-sədri  





Xəbər lenti