Ermənistanın müdafiə naziri toya hazırlaşır

Ermənistanın müdafiə naziri toya hazırlaşır
  15 Yanvar 2022    Oxunub:983
Ermənistanın yeni təyin edilmiş müdafiə naziri Suren Papikyan ailə qurur. AzVision.az xəbər verir ki, bu barədə “Aravot” nəşri məlumat yayıb.
Qeyd edilir ki, müdafiə nazirinin toyu yanvarın 22-də “Faraon” restoranında baş tutacaq.

- Mətbuatda yayılan məlumata görə, nikahdan sonra Papikyan həyat yoldaşı ilə dövlətin ayırdığı şəxsi evlərdən birində yaşayacaq. Aprelin 26-da Suren Papikyanın 36 yaşı tamam olacaq,-məqalədə yazılıb.

Bəzi müxalif saytlar isə onun təmtəraqlı toy edəcəyi təqdirdə ciddi qınaq obyekti olacağını yazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti