Ermənistanda virusdan ölənlərin sayı 8018-ə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 8018-ə çatıb
  15 Yanvar 2022    Oxunub:397
Ermənistanda son sutka ərzində daha 293 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 347 377 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8018-ə yüksəlib. Aktiv xəstələrin sayı 4 326 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1515 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti