Rusiya vətəndaşı Qazaxıstanda güllə yarasından ölüb - Polis

Rusiya vətəndaşı Qazaxıstanda güllə yarasından ölüb -    Polis
  15 Yanvar 2022    Oxunub:1147
26 yaşlı Rusiya vətəndaşı Mariya Kimin Qazaxıstanda ölümünə səbəb güllə yarası olub.
AzVision.az xəbər verir ki, bu barədə Jambıl vilayətinin polis idarəsi məlumat yayıb.

O, iğtişaşlar zamanı silahlı şəxslərin açdığı atəşdən dünyasını dəyişib. Onun bıçaq xəsarətləri alması barədə məlumatlar doğru deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Yanvarın 14-də Rusiyanın Qazaxıstandakı səfirliyi respublikanın cənubunda yanvarın 6-da törədilən iğtişaşlar zamanı Rusiya vətəndaşı Mariya Kimin öldüyünü təsdiqləyib. Onun qayınanası Yevgeniya Kim bildirib ki, Mariya Qazaxıstana kollecdə oxumaq üçün gəlib və orada əri ilə tanış olub. Onların üç övladı var.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti