"Hədəfimiz kosmos sistemlərinin milli imkanlarla hazırlanmasıdır" - Ərdoğan

   "Hədəfimiz kosmos sistemlərinin milli imkanlarla hazırlanmasıdır" -    Ərdoğan
  14 Yanvar 2022    Oxunub:607
"Müdafiə sənayemiz üzrə kritik layihələri ard-arda həyata keçirərək 2022-ci ilə yaxşı bir başlanğıc etdiyimizə inanıram. Türkiyə etdiyi müdafiə sənayesi həmlələri sayəsində bölgədə oynanan kirli oyunları pozan bir ölkəyə çevrilib. Gözümüz kosmosdadır. Kosmos sahəsində həm buraxılış, həm də peyk sistemləri üzərində işlərimiz davam edir. Ölkəmizin ilk kəşfiyyat gəmisi “Ufuk” milli mühəndislik imkanları ilə inşa edilib. Ölkəmiz hazırda dünyada hərbi gəmini milli dizayn, inşa edən və texniki xidmət göstərə bilən 10 ölkə sırasındadır. İndiyədək 25 ölkəyə 180 dəniz platforması ixrac etmişik. Tezliklə TF-2000 hava hücumundan müdafiə esminesi üçün tenderə start veriləcək".
AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin milli imkanları ilə hazırlanan “Üfüq” sınaq və təlim gəmisinin istismara verilməsi mərasimində çıxışı zamanı bildirib.

Bu ilin sonuna kimi Türkiyənin müdafiə və aerokosmik ixracının dörd milyard dolları keçəcəyinin gözləndiyini bildirən Prezident Ərdoğan deyib: “İnventarımızda olan bir çox dəniz nəqliyyatı günümüzün şərtlərinə uyğun modernləşdirilib. Müasirləşdirilmiş dəniz nəqliyyat vasitələrimizin sistemləri yerli və milli məhsullarla təchiz olunub. Yalnız bu gəminin tikintisi podratçı şirkətimiz STM-nin rəhbərliyi altında 194 yerli şirkət tərəfindən ərsəyə gəlib. Hədəfimiz müdafiə sənayesində tam müstəqil Türkiyə qurmaqdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti