Putin ən yaxın adamını Belarusa səfir göndərdi

    Putin ən yaxın adamını Belarusa səfir göndərdi
  14 Yanvar 2022    Oxunub:849
Rusiya Belarusa yeni səfir təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. Sənədə əsasən, bu vəzifəyə Rusiya Prezidentinin Ukrayna ilə təmas qrupundakı nümayəndəsi, Dövlət Dumasının keçmiş sədri Boris Qrızlov təyin olunub.

Qeyd edək ki, Boris Qrızlov hakim Vahid Rusiya Partiyasının Ali Şurasının sədri, Dövlət Dumasının sədri, general rütbəsi olmayan yeganə daxili işlər naziri işləyib.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti