"Xüsusi nümayəndələrin ilk görüşü konstruktiv atmosferdə keçib" - XİN

   "Xüsusi nümayəndələrin ilk görüşü konstruktiv atmosferdə keçib" -    XİN
  14 Yanvar 2022    Oxunub:899
Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın ilk görüşünə dair açıqlama yayıb.
AzVision.az Türkiyə XİN-in rəsmi saytına istinadən xəbər verir ki, məlumatda görüşün bu gün Moskvada keçirildiyi xatırladılıb.

"Müsbət və konstruktiv atmosferdə ilk keçən görüşdə xüsusi nümayəndələr Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar", - XİN bəyan edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə-XİN  





Xəbər lenti