Ərdoğanın kritik Bakı səfəri başlayır

Ərdoğanın kritik Bakı səfəri başlayır
  04 Aprel 2014    Oxunub:1042
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gələcək.

AzVision.az-ın məlumatına görə, aprelin 4-ə planlaşdırılan səfərdə bir sıra mühüm məsələlərim müzakirə ediləcəyi gözlənilir. Belə ki, səfərin proqramı açıqlanmasa da ehtimallara görə, Türkiyənin baş naziri son zamanlar geniş vüsət alan nurçu qalmaqalı və eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Bakıda müzakirələr aparacaq. Bu, Ərdoğanın Türkiyədə keçirilən önəmli bələdiyyə seçkilərindən sonra ilk rəsmi səfəri olacaq.

Səfər çərçivəsində Ərdoğanın prezident İlham Əliyevlə görüşü gözlənilir.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bu gün paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti