NASA kosmosa "James Webb” adlı teleskop göndərib

NASA  kosmosa "James Webb” adlı teleskop göndərib
  25 Dekabr 2021    Oxunub:3115
Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) yeni nəsil “James Webb” teleskopunu kosmosa buraxıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu teleskopun kosmosa buraxılması 2021-ci ilin martından sonra dəfələrlə təxirə salınıb.

Teleskopun kabellərində nasazlıq səbəbindən onun buraxılması təxirə salınırdı.

NASA-nın Avropa və Kanada kosmik agentlikləri tərəfindən reallaşan layihə 10 milyard dollara başa gəlib. Teleskopun 1990-cı ildən buraxılması nəzərdə tutulub.

Onun vasitəsilə 13,7 milyard il əvvəl olmuş “Böyük partlayış"dan sonrakı kainatın 200 milyon il sonrakı vəziyyətini araşdıra biləcək. Raketin 2019-cu ildə buraxılması nəzərdə tutlmuşdu, ancaq xətalara görə onun uçuşu 2021-ci ilədək təxirə salınmışdı. Teleskop Cənubi Amerikanın şimal sahillərindən, Fransa Qvianasından “Ariane” raketi ilə buraxılıb.

AzVision.az

Teqlər: NASA   Teleskop  







Xəbər lenti