Zənzibarda ekzotik yemək yeyən 7 nəfər ölüb

Zənzibarda ekzotik yemək yeyən 7 nəfər ölüb
  06 Dekabr 2021    Oxunub:910
Tanzaniyanın Zənzibar arxipelaqındakı Pemba adasında zəhərli tısbağa əti yeyən 7 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Qeyd olunub ki, ümumilikdə xəstəxanaya yerləşdirən 38 nəfərin üçü hələ də müalicə alır.

Tısbağa ətinin adətən zəhərli olmamasına baxmayaraq, vaxtaşırı zəhərlənmə halları qeydə alınır. Buna səbəb kimi tısbağaların yediyi yosunlar göstərilir. Hal-hazırda tısbağa əti zəhərlənməsi üçün antidotlar yoxdur. Belə xəstələrin müalicəsi adətən dəstəkləyici müalicə ilə məhdudlaşır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Zənzibar   Tısbağa  





Xəbər lenti