Paşinyan sentyabrda təyin etdiyi nazir müavinini işdən çıxardı

 Paşinyan sentyabrda təyin etdiyi nazir müavinini işdən çıxardı
  06 Dekabr 2021    Oxunub:1219
Ermənistanda növbəti dəfə yüksək rütbəli məmur vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, dekabrın 6-da baş nazir Nikol Paşinyanın imzaladığı sərəncama əsasən Karen Saruxanyan fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra rekord sayda nazir və nazir müavini dəyişiklikləri edilib.

Xatırladaq ki, əvvəllər Şirak qubernatoru postunu tutmuş Saruxanyan bu il sentyabrın 8-də fövqəladə hallar nazirinin müavini, sentyabrın 11-də isə Paşinyanın “Vətəndaş müqavilə”si partiyasının Gümrü üzrə ərazi təşkilatı şurasının sədri vəzifəsinə seçilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti