Avropa İttifaqı müdafiə xərclərini artırıb

Avropa İttifaqı müdafiə xərclərini artırıb
  06 Dekabr 2021    Oxunub:696
Koronavirus pandemiyasının iqtisadi təsirinə baxmayaraq, Avropa İttifaqı dövlətləri 2020-ci ildə müdafiə xərclərini 2019-cu ilə nisbətən 5% artırıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi məlumat yayıb.

"COVID-19 pandemiyasının iqtisadi nəticələrinə baxmayaraq, ardıcıl ikinci ildir ki, Avropa Müdafiə Agentliyi müdafiə xərclərini 5% artırıb", - açıqlamada deyilir.

Qeyd edilib ki, Aİ ölkələri 2020-ci ildə müdafiəyə rekord məbləğdə - 198 milyard avro xərcləyib. Aİ dövlətlərinin birgə müdafiə layihələrinə ayırdığı xərclər isə əksinə, 13% azalaraq 4,1 milyard avro təşkil edib.

Daha əvvəl NATO bəyan edib ki, 2020-ci ildə alyans dövlətlərinin ümumi hərbi xərcləri 1 092,5 milyard dollar (2020-ci ilin oktyabr ayı üçün məlumat) qiymətləndirilib ki, bu da 2019-cu illə müqayisədə (1 031 milyard dollar) təxminən 61 milyard dollar çoxdur.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Avropa-İttifaqı  





Xəbər lenti