"Məhkəmə sistemimiz 100 il əvvəlkindən də pis vəziyyətdədir"- Poqosyan

   "Məhkəmə sistemimiz 100 il əvvəlkindən də pis vəziyyətdədir"-   Poqosyan
  06 Dekabr 2021    Oxunub:1584
Bu günlərdə həbs edilən “Sisakan” silahlı dəstəsinin başçısı Aşot Minasyanın vəkili Mihran Poqosyan jurnalistlər üçün mətbuat konfransı keçirib.
AzVision.az xəbər verir ki, vəkil müstəntiqin Minasyanı hələ 2020-ci il noyabrın 15-də həbsə atmağa çalışdığını xatırladıb. Həmin vaxt müstəntiq bildirib ki, Aşot Minasyan gizlənəcək və istintaqa mane olacaq. Hətta ola bilsin ki, yeni cinayət əməli törətsin.

"Minasyan işi" böyüyür: Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır
- Amma Aşot Minasyan noyabrın 15-də saxlanmadı, bir il sərgərdan gəzdikdən sonra məlum oldu ki, müstəntiq "haqlıdır". Sən demə Minasyan azadlıqda gizlənəcək, istintaqın qarşısını alacaq və ya yeni əməl törədəcək. Mən təcrübəmdə belə absurd qanun görməmişəm.
Artıq zaman göstərdi ki, Minasyan gizlənmədi istintaqa isə müdaxilə etməyib. Yeni ümumiyyətlə bu adam heç nə etməyib.

Hakimiyyət məhkəmə sistemini məhv etmək üzrədir və ədalət mühakiməsini həyata keçirməli olan hakimlər təcrid ediliblər. İndi ədalət qərarlarını hakimiyyətin bəyəndiyi "ədalət"i reallaşdırmağa hazır olanlar həyata keçirir. İki gün əvvəl Aşot Minasyanla görüşdüm. Deyə bilərəm ki, onun əhval-ruhiyyəsi yüksək idi. O, müvəqqəti olaraq azadlıqdan imtina etməyə hazırdır, lakin heç vaxt vətənindən imtina etməyəcək. Bilirsiniz, faktiki olaraq bu gün Ermənistanda məhkəmə sistemi 3, 20, hətta 100 il bundan əvvəl olduğundan daha pis vəziyyətdədir, - Poqosyan deyib.

Xatırladaq ki, Minasyan 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Daha sonra istintaq ondan külli miqdarda silah-sursat aşkarlanaraq götürüldüyünü bəyan edib. Telefon danışıqlarının qeydləri də dərc edilib və bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.

Onunla yanaşı Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, Respublika partiyasının keçmiş deputatı Vaqram Baqdasaryan və “Daşnaksütyun”un üzvü Aşot Avakyan da saxlanılıb. Lakin tezliklə onların hamısı sərbəst buraxılıb. .

Qeyd edək ki, Minasyan İkinci Qarabağ müharibəsində dəstəsi ilə döyüşüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Məhkəmə   Ermənistan   Həbs  





Xəbər lenti