Erməni diasporu Paşinyanın qızını təhqir etdi- VİDEO

   Erməni diasporu Paşinyanın qızını təhqir etdi-   VİDEO
  06 Dekabr 2021    Oxunub:1942
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə mətbuatın hədəfinə tuş gəlib.
AzVision.az xəbər verir ki, saytlar erməni diasporunun Paşinyanın qızı Mariamı aşağıladığını yazıb. Bununla bağlı təqdim edilən videoda Paşinyanın qızının açıq havada kafedə oturduğu görüntülənib. Hələlik adı açıqlanmayan diaspor təşkilatlarından birinin nümayəndəsi isə ona yaxınlaşaraq “atan 5 min adam öldürdü” deyir. O, Paşinyanı İudaya da bənzədib.

Paşinyanın qızı anım günü əsgər əvəzinə araq fotosu paylaşdı
Qeyd edək ki, İuda xristianlar üçün lənətlə xatırlanan addır. Belə ki, İsa peyğəmbərin 12 həvarisindən biri olan İuda peyğəmbərə satqınlıq edib və İsa peyğəmbər onun əməlləri nəticəsində romalılar tərəfindən həbs edilib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Diaspor  





Xəbər lenti