Ermənistanın bəzi kəndlərində seçki boykot edilib

   Ermənistanın bəzi kəndlərində seçki boykot edilib
  06 Dekabr 2021    Oxunub:1390
Ermənistanın Qeqarkunik əyalətinin Sovaqyux və Semenovka kəndlərinin sakinlərinin hamısı yerli özünüidarə orqanlarına seçkiləri boykot edib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Sovaqyux kəndinin rəhbəri Vaqram Gevorkyan bildirib.


Onun sözlərinə görə, yerli əhali icmaların genişlənməsinə etirazlarını bildiriblər: "Biz əvvəlcə dedik ki, icmaların genişlənməsinin əleyhinəyik, xüsusən də bu formatda. Bizim icma başqasının bir hissəsi kimi inkişaf edə bilməyəcək".

Semenovka kəndi başçısının əvəzedicisi David Mnasakanyan da qeyd edib ki, yerli sakinlər eyni səbəbdən səsvermədə iştirak etməyiblər.

"Biz genişlənməyə qarşıyıq və birləşsək, onda yalnız Sovaqyux kəndinə konsolidasiya olunmağı istəyirik. Amma onlar bizi eşitmədilər və sakinlər öz etirazlarını bu şəkildə bildirdilər".

Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sovaqyuxda 2 927, Semenovkada isə 195 seçici qeydiyyatdadır.

Qeyd edək ki, Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər dünən keçirilib. Seçki prosesi bir sıra qanun pozuntuları, o cümlədən müxalif şəxslərin polis tərəfindən əsassız olaraq saxlanılmaları, inzibati resursların səsvermələrin gedişinə müdaxiləsi, habelə digər qanun pozuntuları ilə müşahidə edilib.

AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti