Baqdasaryandan "soyqırımı" açıqlaması: "Bu daşnakların təxribatı idi"

 Baqdasaryandan "soyqırımı" açıqlaması:  "Bu daşnakların təxribatı idi"
  04 Dekabr 2021    Oxunub:1466
Məşhur erməni bloger Roman Baqdasaryanın saxta erməni soyqırımına dair açıqlaması ölkəsində rezonans doğurub. O, Osmanlı dönəmində baş vermiş toqquşmalara görə öz xalqını, konkret olaraq daşnakları günahlandırıb.
AzVision.az xəbər verir ki, Baqdasaryan videomüraciətində bir sıra siyasi məsələlərdən danışarkən Osmanlı əsgərləri ilə ermənilər arasında baş vermiş silahlı toqquşmalar zamanı ölənlərin, Daşnaksütyun tərəfdarlarının təxribatlarının qurbanı olduğunu açıqlayıb.

- Ermənilərin öldürülməsini daşnaklar təşkil ediblər. İndi isə Daşnaksütyunun Nikol Paşinyanı görməyə gözü yoxdur. “Milyon yarım” ermənini öldürmüş bir partiya baş naziri tənqid edir. Bir daha deyirəm məhz daşnakların təxribatları nəticəsində bu hadisələr baş verib, onlar elə ediblər ki, “erməni genosidi” olsun. Çünki ermənilər Türkiyədə əla yaşayırdılar. Məhz daşnakların sayəsində bu qədər erməni itirdik.

Erməni generallar yüzlərlə əsgəri öldürüb: MTX araşdırmalara başladı
Müxalif erməni siyasətçilər isə Baqdasaryanı cinsi azlığın nümayəndəsi kimi təqdim edərək cəmiyyəti ona fikir verməməyə çağırır. Radikallar Baqdasaryanın Paşinyanın sonuncu ümid yeri olduğunu deyirlər.

İctimai fəal Armen Mikaelyan mətbuata verdiyi açıqlamada iddia edir ki, bu cür tezislər onlar üçün təhlükəlidir və guya blogerə xaricdəki düşmənlər tərəfindən ötürülür.

- Bu yaxınlarda meydana çıxmış bloger ilk adam idi ki, "Qarabağ generalları"nın 200 erməni əsgər və zabitini güllələdiyini bəyan etdi. İndi də 1915-ci il hadisələrində ermənilərin öldürülməsində türklərin deyil, Daşnaksütyun Partiyasının günahkar olduğunu deyir. Onun dedikləri Azərbaycanın əlyazmalarıdır. Çünki azərbaycanlılar da bəyan edirlər ki, 1988-ci il Sumqayıt hadisələrində Qriqoryan adlı erməni günahkardır. 1988-ci ildə ermənilər azərbaycanlıları günahkar çıxarmaq üçün Sumqayıt ermənilərinə qarşı bu hadisəni törətdilər. Və bu gün oxşar modeli görürük. adəcə olaraq proses daha geniş miqyasda təkrarlanır. Üstəlik, Romanın fikrincə, 1915-ci ilə qədər ermənilər Osmanlı İmperiyasında çox yaxşı yaşayıblar, türklərlə isti münasibətdə olublar. Lakin erməni partiyasının ucbatından onlar kütləvi ölümlərə məruz qalıblar. Roman özünü həm də Paşinyanın fanatı kimi də göstərir,-Mikaelyan deyib.

Qeyd edək ki, Roman Baqdasaryan İkinci Qarabağ müharibəsindən sonra da müharibəyə dair bir sıra həqiqətləri dilə gətirməsi ilə gündəmə çevrilmişdi. O bu yaxınlarda erməni generalların xeyli sayda döyüşçünü bilərəkdən ölümə göndərməsinə dair faktlara malik olduğunu bəyan etdi. Bir neçə ay öncə isə Qarabağda döyüşməkdən imtina edən ermənilərin Ermənistana qadın görkəmində qaçmağa çalışdıqlarını söyləmişdi.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Daşnak   Erməni   Osmanlı   Bloger  





Xəbər lenti