"Yaşıl" dünyanın qara günü – İnfoqrafika

// Karbon emissiyasını sıfırlamaq üçün belə yaşamalıyıq

 "Yaşıl" dünyanın qara günü –  İnfoqrafika
  05 Dekabr 2021    Oxunub:1207
Son vaxtlar “yaşıl” həyat tərzi və “karbon emissiyasını sıfırlamaq” ifadələri tez-tez eşidilir. Paris Anlaşması ilə müəyyən edilən normanı aşmamaq üçün bir insan ildə atmosferə maksimum 2,9 ton CO2 qazının buraxılmasına səbəb olmalıdır.
Məsələ ondadır ki, biz fərqinə varmasaq da, bütün fəaliyyətimiz atmosferə karbon qazının buraxılması ilə nəticələınir. Siz evdə paltaryuyan maşının düyməsini basanda ağlınıza da gəlmir ki, onun işləməsi üçün hansısa elektrik stansiyasında nə qədərsə qaz yandırılır. Bu isə karbon qazı deməkdir. Siz çimə biləsiniz deyə, haradasa nasoslar işləyir. Yediyiniz kotlet süfrənizə gələnə qədər əvvəlcə inək olub və siz kotlet yeyə biləsiniz deyə, havanı xeyli çirkləndirib... Və sair və ilaxır: yəqin ki, yanaşma aydındır.

Bəs ildə adambaşına 2,9 ton CO2 limitini aşmamaq üçün biz necə yaşamalıyıq? Bunu hesablamaq çətindir, amma İsveçrənin “Credit Suisse” bankının mütəxəssisləri hər halda, cəhd ediblər. AzVision.az onların gəldikləri nəticəni infoqrafika şəklində təqdim edir.



Teqlər: Yaşıl-Həyat   Ekologiya  







Xəbər lenti