Saakaşvilidən yeni təyinatlar

Saakaşvilidən yeni təyinatlar
  02 Aprel 2013    Oxunub:1325
Mixail Saakaşvili səfir postlarına nümayəndələrini təyin edib.
Gürcüstan prezidenti səfir vəzifəsinə yeni təyinatlarla əlaqədar ölkə parlamentinə təqdimat göndərib.

“apsny.ge” saytına əsasən, Mixail Saakaşvili Azərbaycandakı səfir vəzifəsinə yenidən Teymuraz Şaraşenidzenin namizədliyini irəli sürüb.

Türkiyədəki səfir vəzifəsinə İrakli Koplatadze, Qazaxıstandakı səfir vəzifəsinə Zurab Pataridze, Litvadakı səfir vəzifəsinə Xatuna Salukvadze, Avropa Şurasındakı daimi nümayəndə vəzifəsinə isə Konstantin Korkeliyanın namizədliyi irəli sürülüb. APA bildirir ki, namizədlər parlamentin iclasında təsdiqlənəcək.



Teqlər:





Xəbər lenti