Ceyhun Bayramov Əfqanıstanla bağlı müzakirələrdə iştirak edib
Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izlədiyini qeyd edən nazir, Əfqanıstanda yaranmış vəziyyətin ilk növbədə humanitar fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq yardımın göstərilməsinin zəruriliyini vurğulayıb.
Həmçinin, Əfqanıstanda baş verən hadisələrin, Əfqanıstana qonşu olan ATƏT-ə üzv dövlətlərin sabitliyinə və təhlükəsizliyinə təsir etməsini bildirən nazir Ceyhun Bayramov, bu istiqamətdə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, narkotik qaçaqmalçılığının aradan qaldırılması və bu kimi digər məsələlərdə ATƏT-in vacib rol oynaya biləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
AzVision.az
Teqlər: XİN Əfqanıstan