İslandiya şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə hazırdır

İslandiya şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə hazırdır
  02 Dekabr 2021    Oxunub:272
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində İslandiya Respublikasının xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, görüş çərçivəsində iki ölkə arasındakı münasibətlər, xüsusilə alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İslandiya bu sahədə geniş təcrübəyə malik olduğunu qeyd edərək, İslandiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə hazır olduğunu ifadə edib.

Görüş çərçivəsində tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az

Teqlər:







Xəbər lenti