Misir Azərbaycana başsağlığı verib
Paylaşımda deyilir:
“Misir Ərəb Respublikası insan itkisi və ağır xəsarətlərlə nəticələnən hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir. Həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”.
“Misir bu faciəli qəzada Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir”, - paylaşımda vurğulanır.
AzVision.az