Azay Quliyev ATƏT PA-da Soçi Bəyanatının mahiyyətini açıqladı

Azay Quliyev ATƏT PA-da Soçi Bəyanatının mahiyyətini açıqladı
  02 Dekabr 2021    Oxunub:382
Dekabrın 1-də Stokholm şəhərində ATƏT PA-nın Büro iclası keçirildi. İclasda bir çox məsələlərlə yanaşı təşkilatın 2022-ci üzrə fəaliyyəti planı müzakirə edilərək təsdiqləndi.
Gündəliyin hazırki beynəlxalq siyasi məsələlər üzrə maddəsinin müzakirəsi zamanı söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiyanın Prezidenti cənab Putin və Ermənistanın Baş naziri Paşinyan tərəfindən imzalanan Üç Tərəfli Bəyanat və bu bəyanatın mahiyyəti haqqında büro üzvlərinə məlumat verdi. Azay Quliyev qeyd etdi ki, Soçi danışıqları və əldə olunan razılaşma tarixi əhəmiyyət daşıyır və bu bəyanat Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə 3 mühüm istiqaməti özündə əks etdirir:

“Birinci, Azərbaycan və Ermənistan liderləri hər iki ölkə arasında olan dövlət sərhədinin delimitasiya və demarkasiya edilməsi üçün birgə komissiyanın yaradılması, eləcə də bölgədə stabilliyin və təhlükəsizliyin təminatı üçün müvafiq addımların atılmasına dair razılıq əldə ediblər. Bu çox mühüm bir nailiyyətdir, belə ki, Sovetlər birliyi dağıldıqdan sonra ilk dəfədir ki, Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanmasına rəsmi qərar verildi.

Teqlər: ATƏT-PA  







Xəbər lenti