Əfqanıstan qadınlara qoyulan qadağaya görə milyard dollar itki verir

Əfqanıstan qadınlara qoyulan qadağaya görə milyard dollar itki verir
  02 Dekabr 2021    Oxunub:901
Əfqanıstanda hərbi çevrilişlə hakimiyyətə yiyələn Talibanın ölkədə tətbiq etdiyi qadağalar iqtisadiyyata mənfi təsir etməyə başlayıb. Xüsusən də taliblərin qadınlar üçün iş imkanlarını məhdudlaşdırmaq barədə qərarlar verməsi büdcəyə təsirsiz ötüşməyib.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi BMT hesabatında Əfqanıstan iqtisadiyyatının böyük pul itkiləri ilə üzləşəcəyi proqnozlaşdırılır.

"Əfqanıstan niyə bu gündədir" sualının cavabı: "Puştunvalay" sindromu
BMT-nin araşdırmasında qeyd edilir ki, əfqan qadınlarına qoyulan işləmək qadağası ölkə iqtisadiyyatına demək olar ki, milyard dollar (ÜDM-in təxminən 5 faizi) məbləğində itkilər gətirəcək. Hazırda Əfqanıstan iqtisadiyyatı sürətlə artan inflyasiya və nağd pul qıtlığı dövrünü yaşayır. Eyni zamanda, ölkədə işçi qüvvəsinin təxminən 20 faizini qadınlar təşkil edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əfqanıstan   İqtisadiyyat  





Xəbər lenti