"Aİ minaların təmizlənməsində Azərbaycanla aktiv əməkdaşlıq edir” - Səfir

   "Aİ minaların təmizlənməsində Azərbaycanla aktiv əməkdaşlıq edir” -    Səfir
  30 Noyabr 2021    Oxunub:251
“Biz Azərbaycan hökumətinin azad olunmuş ərazilərlə bağlı həyata keçirəcəyi fəaliyyətini və planlarını gözləyirik. Amma artıq Avropa İttifaqı minalardan təmizlənmə ilə bağlı Azərbaycanla geniş və aktiv şəkildə əməkdaşlıq edir”.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə deyib.

O bildirib ki, minalardan təmizlənmə ilə bağlı geniş fəaliyyət həyata keçirilir: “Növbəti fəaliyyətlərə gəlincə, bu istiqamətdə Azərbaycan hökumətinin planlarını, ideyalarını gözləyirik. Bundan çıxış edərək biz də münasibətimizi bildirəcəyik”.

Səfir deyib ki, “Qarabağln bərpası" sərgisində iştirak edib: "Biz sərgilər və başqa tədbirlərdə hansı layihələrin öncə çəkildiyini görürük. Onlar arasında elə layihələ var ki, Aİ ilə Azərbaycan arasında uyğunluq təşkil edir. Məsələn, yaşıl iqtisadiyyat, yaşıl energetika, ağıllı şəhər, ağıllı kənd konsepsiyaların vurğulaya bilərik”.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Avropa-İttifaqı   Azərbaycan  





Xəbər lenti