Kofenin qiyməti rekord bahalaşıb

   Kofenin qiyməti rekord bahalaşıb
  02 Dekabr 2021    Oxunub:621
Qitələrarası birjada qəhvənin qiyməti 2011-ci ildən pik həddinə çatıb.
AzVision.az -ın məlumatına görə, kofenin bir funtu 2,34 dollar olub.
Nyu-York birjasında qəhvənin bir funtu 2,46 dollara təklif olunub ki, bu da son on ilin ən yüksək qiymətidir. Beynəlxalq Qəhvə Assosiasiyası da noyabrın 26-da funt üçün 2,07 dollarlıq yeni etalon qiymət təyin edib. Bu, 2020-ci illə müqayisədə 85% çoxdur.

Analitiklər qeyd edirlər ki, bir neçə mühüm hadisənin üst-üstə düşməsi kofenin qiymətinin rekord dərəcədə artmasına səbəb olub. Belə ki, qəhvənin ən böyük tədarükçüsü olan Braziliyada quraqlıq və şiddətli şaxtalar səbəbindən məhsul yığımı yaxşı olmayıb.

Bunu nəzərə alsaq, bazarda gərginlik təkcə 2022-ci ildə deyil, 2023-cü ilin sonuna kimi də davam edə bilər. Ona görə də qəhvənin qiyməti artmaqda davam edəcək. Qlobal logistika pozuntuları da qəhvə bazarına əhəmiyyətli dərəcədə təsir göstərib, çünki qəhvə dənələri çox vaxt istehsal yerindən fərqli ölkədə qovrulur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Kofe  





Xəbər lenti