ÜST: “Omikrona qarşı yeni vaksinə ehtiyac yoxdur”

      ÜST:    “Omikrona qarşı yeni vaksinə ehtiyac yoxdur”
  02 Dekabr 2021    Oxunub:1523
Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri bildiriblər ki, omikron koronavirus ştamına qarşı yeni vaksinlərin yaradılmasına ehtiyac yoxdur.
AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” xəbər verir. Təşkilatın məlumatına görə, mövcud peyvəndlər omikron ştammına qarşı kifayət qədər effektivdir.
ÜST əczaçılıq şirkətlərinə mövcud dərmanların tərkibində yalnız kiçik dəyişikliklər etməyi tövsiyə edir. Təşkilatın nümayəndəsi Mariya Van Kerxovenin sözlərinə görə, ölkələr ştammları daha yaxından izləməli və daha çox sınaq keçirməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ştam   Koronavirus  





Xəbər lenti