Fransanın xüsusi təyinatlıları "yaşıl qoblin"ə çevrilir - VİDEO

   Fransanın xüsusi təyinatlıları "yaşıl qoblin"ə çevrilir -    VİDEO
  01 Dekabr 2021    Oxunub:1366
Fransanın müdafiə naziri Florans Parli bəyan edib ki, tezliklə ordunun xüsusi təyinatlı böğlmələri “Zapata Industries” şirkətinin istehsal etdiyi “Flyboard Air” fərdi uçuş vasitəsinin sınağına başlayacaqlar.
Parlinin sözlərinə görə, FID-2021 İnnovasion Texnologiyalar Forumunda təqdim olunan qurğu xeyli təkmilləşdirilib. Onun ölçüləri kiçildilib, yanacaq sərfiyyatı azaldılıb və bütövlükdə xüsusi təyinatlı qüvvələrin ehtiyaclarına uyğunlaşdırılıb.


Qeyd edək ki, “Flyboard Air” altı mühərriklə təchiz olunub. Onlardan dördünün hər biri 250 at gücünə malikdir. Qurğu 3000 metrədək hündürlükdə uçmağa imkan yaradır. Xüsusi alqoritm onun mühərriklərinin mailliyini və sürətini tənzimləməklə, qurğunu sabit saxlayır.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Hərb   Texnologiya  





Xəbər lenti