Brüssel Ankara ilə Bakı və İrəvan arasındakı problemi müzakirə edir

Brüssel Ankara ilə Bakı və İrəvan arasındakı problemi müzakirə edir
  01 Dekabr 2021    Oxunub:764
Avropa İttifaqı Rusiya ilə İrəvan və Bakı arasındakı problemin nizamlanmasını müzakirə edir və sülh üçün mümkün olan hər şeyi edir.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmisi Luk Devin məlumat verib.

“Biz Rusiya ilə danışıqlar aparırıq... Ümid edirəm ki, Rusiya tərəfi qeyd edə bilər ki, biz bunu başqa səbəblərə görə deyil, sülh maraqları naminə edirik”,-Luk Devin deyib.

Deputatların Aİ-nin Ermənistanla Azərbaycan arasında münaqişənin həllində passivliyi ilə bağlı tənqidləriə də cavab verib. O deyib ki, bu məsələdə Aİ bacardığını edir və daha çoxunu etməyi çalışır.
Aİ-nin xarici siyasət direktoru bildirib ki, Brüssel Ankara ilə də bu problemi müzakirə edir.

“Biz Türkiyə ilə də danışıqlar aparırıq. Mən bu yaxınlarda Türkiyədə yüksək səviyyəli nümayəndələrin toplantısında iştirak etmişəm. Bu konfliktdə əsas məsələ tərəflərdə onu həll etmək iradəsinin olub-olmamasıdır”.

AzVision.az



Teqlər:





Xəbər lenti