"Azərbaycan xalqının yanındayıq" - Zalkaliani

   "Azərbaycan xalqının yanındayıq" -    Zalkaliani
  01 Dekabr 2021    Oxunub:754
Gürcüstanın xarici işlər naziri David Zalkaliani Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfir tvitter səhifəsində paylaşım edib.

“Dost və qonşumuz Azərbaycanda baş vermiş faciəvi helikopter qəzası barədə xəbəri ağrı ilə öyrəndim. Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm", - nazir əlavə edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan-XİN   başsağlığı  





Xəbər lenti